Hazırda ölkədə "Evdə qal, sağlam ol!" özünütəcrid kampaniyası tətbiq olunmaqdadır. Hesab olunur ki, bu təşəbbüsə əməl etməklə həm özümüz, həm də digərləri üçün faydalı ola bilərik. Bununla bərabər, etiraf edilməlidir ki, prosesin uzun müddət davam etməsi sosial təcrid müddətində olan vətəndaşlar üçün bir sıra əlavə imkanlar yaradır. Bu imkanlardan biri də Azərbaycanın görkəmli ədəbi və tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığı, onların keçdiyi şərəfli həyat tarixcəsi, dövlət və dövətçilik uğrunda apardıqları mücadilə ilə tanış olmaqdır. Bu işdə ölkə telekanallarında maarifləndirici verilişlərin yayımlanması xüsusi əhəmiyyət kəsb edir. İqtisadçı alim Cavid İsmayıl öz facebook səhifəsində bununla bağlı maraqlı təkliflə çıxış edib: "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC- (AzTV) 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb. Hazırda cizgi filminin anonsu gedir və 4 aprel saat 21:00-da AzTV-də yayımlanacaq. Aztv-yə bu yaraşar! Əhsən, bəyənilsin. Düşünürəm davamı gələcək və eyni zamanda digərləri də bu möhtəşəm layihəyə qoşulacaq. Yeri gəlmişkən Aztv xüsusən ən yaxın tariximizi daima varaqlamalı və YADDAŞLARIMIZI təzələməlidir. Zamanında Vətənə xəyanət edənlər bu gün insanların YADDAŞsızlığından istifadə edərək içimizə sızır və bu da Vətən üçün çox təhlükəlidir. YADDAŞ demişkən milli kimliyimizi, dövlətçilik ənənələrimizi daima xatırladan və tariximizi yaşadan "YADDAŞ" proqramından ötrü də çox darıxmışıq. Güman edirəm ən yaxın vaxt ərzində YADDAŞIMIZI "YADDAŞ"la YENİLƏYƏCƏYİK!".
Cavid İsmayıl: “YADDAŞ” proqramından ötrü çox darıxmışıq”



AzTV Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb - VİDEO
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
QHT sədri “Fədai” Medalı ilə təltif olunub
QHT RƏHBƏRİ ORDUYA YAZILDI: "Birinci savaşdan yarımçıq qalmış sözüm var"
Baş nazirdən AzTV ilə bağlı qərar
“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX
"Cığır" romanının Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl
Üçrəngli bayrağımızı eyvanlardan asaq - QHT rəsmisindən təklif gəldi
“Turan Araşdırma Mərkəzi” nin sədri təltif edilib
Tanınmış aparıcı BDU-da işləməyə başladı
AzTV-də yeni TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 