Mərhum professor Əjdər Tağıoğlunun müəllifi olduğu bu adda kitabın təqdimatı olub
Oktyabrın 12-də Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin (İB) təsiscisi, filologiya elmləri doktoru, filoloq-tarixçi, tükroloq, professor mərhum Əjdər Tağıoğlunun müəllifi olduğu “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi.
“Turan Araşdırma Mərkəzi”nin əməkdaşlarının, ADPU-nun professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə Ə.Tağıoğlunun həyat və yaradıcılığı, siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi.
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova çıxış edərək bildirdi ki, sözügedən nəşrdə Azərbaycan dövlətçiliyi qədim ümumtürk tarixi kontekstində araşdırılıb. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Zəngəzur” toponiminin qədim etnogenez tarixi” adlı layihə çərçivəsində nəşr olunub. “Zəngəzur” toponiminin etnokök tarixi Miladdan öncə minilliklərdən başlayır. Əjdər müəllimin yaradıcılığı geniş və çoxşaxəlidir. Mərhumun bu kitabı da onun müəllifi olduğu digər nəşrlər kimi dəyərli və əhəmiyyətlidir. Allah Əjdər müəllimə rəhmət eləsin!”
Yazıçı-publisist Yunus Oğuz kitabın əhəmiyyətini yüksək qiymətləndirərək onu Azərbaycan tarixinə dəyərli töhfə adlandırdı. Əjdər müəllimin dəyərli bir ziyalı alim, böyük şəxsiyyət olduğunu vurğulayan Y.Oğuz qeyd etdi ki, onun oğlu Cavid İsmayıl bu gün atasının şərəfli yolunu uğurla davam etdirir.
Müəllifin oğlu, “Turan Araşdırma Mərkəzi” İB-nin sədri, iqtisadçı alim Cavid İsmayıl çıxış edərək bildirdi ki, Əjdər müəllim 1990-cı illərdə Azərbaycanın ictimai-siyasi mühitinin ən fəal şəxslərindən biri kimi Ulu Öndər Heydər Əliyevə hər zaman sadiq olub, Yeni Azərbaycan Partiyasının qurucularından olub. Atasının ömrünün sonunadək geniş yaradıcılıqla məşğul olduğunu vurğulayan C.İsmayıl qeyd etdi ki, Əjdər müəllim tarixi, siyasi, ədəbi və elmi mövzularda bir çox kitabların müəllifi olub. Mərhum professor bir neçə kitabı eyni vaxtda yazırdı.
Tədbirdə, həmçinin ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşları - baş müəllim Eldar Hacıyev, dosent Elmira Süleymanova Əjdər Tağıoğlunun yaradıcılığı, eləcə də tarixi mövzularda fikirlərini bildirdilər.
Qeyd edək ki, nəşrin redaktorları Cavid İsmayıl, Yunus Oğuz və professor Aygün Attardır.
Cavid Əkbərov, “İki sahil”



"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
""Zəngəzur" toponiminin qədim etnogenez tarixi" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" layihəsi AMEA-da
Yunus Oğuzun "Cığır"ı Pedoqoji Universitetdə
Zəngəzura aid yeni elmi əsər çapdan çıxdı
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Dünənin SABAHI - Professor ƏJDƏR İSMAYILOV haqqında film
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Mühüm bir dərs-TARİXÇİ ALİMLƏ
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" adlı kitabının təqdimatı keçirilib - Qubada FOTO
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
SADİQ QURBANOV: "Tanınmış professor koronavirusa yoluxub"
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 