Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq. ONN media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər: “Bu müddət ərzində yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər. Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər. Qaydalara görə, taksilər də məhdud sayda olacaq. Bir neçə taksinin bir yerə yığışıb gözləməsinə icazə verilməyəcək. Aprelin 5-dən etibarən hardasa dayanıb gözləyən, icazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar”. K.Əliyev marşrut avtobuslarının sürücülərinin icazəsi barədə bildirib ki, həmin məsələni Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi, Sumqayıt, Abşeron və digər ərazilərdə isə həmin sahəyə cavabdeh qurumlar həll edəcək.
Bu avtomobillərlə taksi xidməti dayandırılacaq – RƏSMİ



Yalnız bu şəxslər taksi fəaliyyəti göstərə biləcək
Həftəsonu bu taksilər işləyə biləcək - DİN AÇIQLADI
Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Bakıda taksi qiymətləri bahalaşdı
Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq...
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
Taksilərin fəaliyyətində məhdudiyyət olacaq? - RƏSMİ
Taksilər niyə bahalaşıb?
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
1 oktyabrdan taksi proqramları işləməyəcək? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 