Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:
“Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır”.
Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:
“Onlar da bununla bağlı narahat olmasınlar. Bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olaraq elektron icazə alsınlar və fəaliyyətlərini davam etdirsinlər. Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Əgər hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, iyulun 1-ə qədər qeydiyyatdan keçərək bu avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır”.
“İyulun 1-dən isə qeydiyyatdan keçənlərin avtomobilləri mütləq qırmızı və ya ağ olmalı, yaşı isə 8 ildən çox olmamalıdır”, - deyə E.Cəfərli əlavə edib.
Qeyd edək ki, keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.



Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Nazirlikdən taksilərdəki dəyişikliklə bağlı açıqlama
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
Taksi fəaliyyəti ilə bağlı yeni tələblər qüvvəyə mindi
Taksi sürücülərinə qarşı reyd keçirildi
Bu taksi sürücülərinin hansı üstünlükləri olacaq?
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?
Taksilərlə bağlı mühüm yenilik
Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA
Taksilər niyə bahalaşıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 