Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov xüsusi karantin rejimi dövründə tətbiq edilən qaydalarla bağlı ən çox verilən suallara aydınlıq gətirib. Sual: İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər öz xidmətlərini davam etdirə bilərlərmi? Cavab: Bəli, belə xidmətçilər fəaliyyətlərini davam etdirə bilərlər. Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir: “4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti”. Sadəcə belə xidmətçilər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir. Sual: Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazə ilə getməlidir? Cavab: 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər. Sual: Küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac var? Cavab: Xeyr, yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir.publika
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ



Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri ELAN OLUNDU
İcazələrin bir hissəsi ləğv edildi
Bu icazələr ləğv ediləcək - RƏSMİ AÇIQLAMA
“İcaze.e-gov.az”dan kimlər icazə ala biləcək?
Sərt karantin rejimində jurnalistlərin hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA
İcazələr yenidən aktivləşdirildi
İcazə portalı yenidən fəaliyyətə başladı
İşçilərlə bağlı məlumatın sistemləşdirilməsinə başlanıldı
Yük avtomobili sürücülərinin nəzərinə: Bu gündən...
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir
Martın 8-də ictimai nəqliyyat işləməyəcək - Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 