Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur. Operativ Qərargahdan ONN media -ya verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur. Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib. Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir. Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.
Sərt karantin rejimində jurnalistlərin hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA



Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək?
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri ELAN OLUNDU
Bu icazələr ləğv ediləcək - RƏSMİ AÇIQLAMA
Baş nazirdən KARANTİNLƏ BAĞLI QƏRAR
Karantin günlərində işləyəcək apteklər
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 