Qeyri-kommersiya tibbi tədqiqat qrupu olan “Scripps Research” müəyyən edib ki, koronavirusun müəyyən bir sahəsi vaksinlər tərəfindən hədəfə çevrilib. Bu barədə “New York Post” məlumat yayıb. Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxan koronavirus (COVID-19) bu gün dünyada təxminən 1,5 milyon insana yoluxub. Epidemiya səbəbindən həyatını itirənlərin sayı 70 mindən çoxdur. Dünyanın hər yerindən olan elm adamları xəstəliyin baş verməsinin həlli yollarını tapmaq üçün müalicə və vaksinlər hazırlamaq üçün səy göstərirlər. Hazırda vaksin üzərində işləyən qruplardan biri də “Scripps Research” adlı qeyri-kommersiya tədqiqat müəssisəsidir. İnsan bədəninin COVID-19-la qarşılıqlı təsirini araşdıran alimlər virusun müəyyən bir səthinin peyvəndlər tərəfindən hədəfə çevrildiyini aşkar ediblər. Qrupun adından mətbuata açıqlama verən Menq Yuan bunları deyib: “Bu nöqtənin virusda gizləndiyini aşkar etdik. Bu yalnız səthin quruluşu dəyişdikdə baş verir”. Tədqiqatın aparıcı müəllifi Dr. İan Uilson isə deyib ki, gizli səthlərin müəyyənləşdirilməsi virus üçün hazırlanan müalicə və peyvəndlərin strukturuna kömək edəcək: “Sözügedən səth virusun “Axilles topuğu” ola bilər. Əldə olunan bu nəticə gələcəkdə ortaya çıxa biləcək yeni koronaviruslar daxil olmaqla, digər viruslardan da qorunmaqda istifadə edilə bilər”.
SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar



Koronavirusun ən çox yaşadığı temperatur müəyyən edildi
Koronavirus bu müddət ərzində ÖZÜNÜ BİRUZƏ VERİR - Alimlər açıqladı
Koronavirus süni yaradılıb?- Trampa cavab
ŞAD XƏBƏR: Koronavirusu məhv edən təbii vasitə tapıldı
Dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alındı
Koronanın yeni ştammı yayılır - ÜST-dən AÇIQLAMA
Koronavirusun kökü tapıldı- ŞOK
Koronavirus qan dövranı sistemini belə zədələyir
İnfeksionistdən vaksinlə bağlı ŞOK AÇIQLAMA
Koronavirusla bağlı qorxunc məlumat
Koronavirusun aktivləşdiyi temperatur MƏLUM OLDU - Bu səthlərdə daha çox qalır
Koronavirusun təhlükəli ştamı AŞKARLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 