ABŞ-da koronavirusun həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib.
ONN media xəbər verir ki, hazırda ABŞ-da dominant olan ştam “omikron” “ailə”sinin üzvüdür, lakin alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.
“Bu mutant həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirdiyindən virusun əvvəllər əldə edilmiş immunitetdən yayınmasına imkan verir, xüsusən də “omikron”la yoluxanların”, - Texasdakı Hyuston metodist məktəbinin patoloqu doktor Uesli Lonq deyib.
Oxşar genetik dəyişikliklər Cənubi Afrikada üstünlük təşkil edən və BA.4 və BA.5 kimi tanınan “omikron” ştamlarında da mövcuddur. Onlar “delta” ilə eyni mutasiyaya malikdirlər.
ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



"Omikron" ştammı dünyanın 89 ölkəsində aşkarlandı
Dünyanın 23 ölkəsində yeni "omikron" ştamı aşkarlandı
ÜST: “Omikron” ştamına yoluxma sürətlə artır"
Qonşu ölkədə "omikron" sürətlə yayılır
SON DƏQİQƏ: Avropada koronavirusun yeni ştamı PEYDA OLDU
Gürcüstanda "Omikron" ştamına yoluxanların sayı 30-a yaxınlaşdı
"Omikron" ştamının qeyri-adi simptomları AŞKARLANDI
Vaksinlərin "omikron"a təsiri AÇIQLANDI
Bill Qeyts pandemiyanın BİTMƏSİNDƏN DANIŞDI: 2022-ci ildə...
"Omikron" Ermənistana çatdı
ÜST: Vaksinlərin effektivliyi azalır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 