Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.
ONN media xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər. Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər. Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər. Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər. Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər. Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər. Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər.(Oxu.az)Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir - ŞAD XƏBƏR



Putindən azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ - Bu illərdə...
Putindən yeni qərar: Vətəndaşlıq almaq asanlaşır
Rusiya vətəndaşı ilə evlənənlərə ŞAD XƏBƏR- Qanun imzalandı
Rusiya vətəndaşı olmaq istəyənlərə ŞAD XƏBƏR
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Miqrasiya Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Son 5 ildə Ermənistanda nə qədər adam vətəndaşlıqdan çıxıb?
Rusiyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: İcazə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 