Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində 5 aprel 2020-ci il tarixdən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - əcnəbi) şamil ediləcək. Bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir. Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır: Müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111); Müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111); Olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi. Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Müvəqqəti və daimi yaşama icazəsi verilmiş, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcəkdir. Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin “facebook” hesabına göndərə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?



Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Azərbaycanda evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndəriləcək
Əhali SMS xidmətindən belə istifadə edəcək - QAYDALAR AÇIQLANDI
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Azərbaycanda nə qədər əcnəbi yaşayır?
Bu rüsumlar artırılır - Siyahı
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
SMS icazə bundan sonra belə alınacaq - VİDEO
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!
5 aprel tarixdən hərəkətə məhdudiyyət qoyulur - SON DƏQİQƏ
Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 