Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov aqrar islahatlar istiqamətində edilən dəyişikliklər barədə özünün şəxsi səhifəsində məlumat verib. O bildirib ki, aqrar islahatların yeni mərhələsi başlayır:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar".
Bundan başqa nazirlik rəsmisi onu da qeyd edib ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq:
"Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək. DAİM Xidmətinizdə!"



Prezident fərman imzaladı
Baş nazirdən yeni qərar
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Prezident sərəncam imzaladı - 40 milyon manat ayrıldı
Prezidentdən kreditlərlə bağlı FƏRMAN
İlham Əliyev 2 fərman imzaladı
"Aqrar Tədarük və Təchizat" ASC -nin İdarə Heyətinin sədr vəzifəsinin icrası Aqil Quliyevə tapşırıldı
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İlham Əliyev fərman imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 