Dünyanın, xüsusilə Avropanın, bizim coğrafiyanın bir çox ölkələri ciddi karantin rejimindədir. Amma yaxın vaxtlarda normal həyata qayıtmağı planlaşdıran dövlətlər var.
ONN media xəbər verir ki, Avropa ölkələrindən Almaniya, Belçika, Niderland, Avstriya və İsveçrə belə planının olduğunu açıqlayıb. Təxminən bir həftəyə qadağalar xeyli azaldılacaq. Bu beş ölkədən başqa, yenə bir neçə dövlət normal həyata qayıtmaq haqda düşünür. Almaniya – Koronavirusa yoluxanların sayı 113 mini keçib, 2349 nəfər həyatını itirib. Amma sağalanların sayının sürətlə artması nikbinliyə əsas verir. Ölkənin səhiyyə naziri Yens Span gələn həftədən həyatın normallaşacağını bildirib. Nazir təkcə idman yarışlarının bərpası üçün hələ tez olduğunu söyləyib. Belçika – Bu Avropa ölkəsində ölənlərin sayı təxminən Almaniyadakı qədərdir, hətta bir az da çox. Buna baxmayaraq, aprelin 19-dan həyat canlanmağa başlayacaq. Niderland – Restoranlar, kafelər, muzeylər, bərbərxanalar aprelin 28-dən fəaliyyətini bərpa edəcək. Bütün obyektlərin işə başlaması üçün iyunun 1-i son tarix kimi göstərilib. Avstriya – Burada normal həyata qayıtmağa daha çox tələsirlər. Aprelin 14-dən bir çox yerlər işləməyə başlayacaq. Bərbərlər mayın 1-nə qədər gözləməli olacaq. Mayın 13-dən sonra heç kim maska taxmaya bilər, təkcə ictimai nəqliyyatdan başqa. Otel və restoranlar qapılarını mayın 15-dən açacaq. İsveçrə - Ölkədə aprelin 26-nı səbirsizliklə gözləyirlər. Gələn həftə hansı obyektlərin işə başlayacağına aydınlıq gətiriləcək. Fransa – Ölkənin əksər hissəsində əsasən axşamlar küçəyə çıxmaq qadağandır, Ölkə prezidenti Emmanuel Makron gələn bazar ertəsi yumşalma ilə bağlı fikrini deyəcək. İngiltərə - İngilislər çox tələsmir. Çünki virusa yoluxanların sayı dayanmadan artır.(bizimyol.info)Avropanın 5 ölkəsi normal həyata qayıdır



Koronavirusa yoluxanların sayı 1 milyon 800 mini ötdü
Bu ölkədə koronavirusdan ölənlərin sayı 3 minə çatır
Bu gün Avropa Liqasının qrup mərhələsi başlayır
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Koronavirusla bağlı son rəqəmlər
Avropa Liqasında cütlüklər bilindi - Siyahı
ABŞ-da koronavirusdan ölənlərin sayı 90 mini ötdü
Dünyada koronavirusdan sağalanların sayı 600 mini ötdü
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Türkiyədən korona ilə bağlı SON DURUM
AVRO-2020-nin təqvimi
Avropanın 20 ölkəsi Rusiya diplomatlarını ərazisindən çıxarmağa hazırlaşır
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 