İkinci əl avtomobil bazarında kəskin ucuzlaşma müşahidə olunur. Bir aya yaxındır ki, ümumiyyətlə satış yoxdur. Hətta internet resurlarında satışa qoyulan avtomobillərlə bağlı da aylarla zəng edib maraqlanan olmur. Bu barədə ONN media-ya yol-nəqliyyat eksperti, avtomobil mütəxəssisi Elməddin Muradlı son günlər ikinci əl avtomobillərin qiymətinin kəskin enməsinin səbəbləri barədə danışarkən deyib. Ekspert bildirib ki, hazırda avtomobil hər həftə ucuzlaşır: “İndiki şəraitdə alverçilər bundan istifadə edərək qiyməti kəskin enmiş ikinci əl avtomobilləri alır ki, vəziyyət düzəldikdən sonra yüksək qiymətə satsın. Ötən həftə 10 000 manata təklif olunan müvafiq avtomobil bu həftə 9 000 min manatadır. Satıcı alışın olmaması səbəbindən qiyməti endirməyə məcburdur. Satıcılar qiyməti endirməklə müştəri axtarsa da, ümumiyyətlə, maşınlara yaxın duran yoxdur”. E.Muradlı bildirib ki, avtomobil qiymətlərinin düşmə səbəbi karantin rejimi və bəzi digər səbəblərdən asılıdır: “Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyat prosesinin həyata keçirilməsi dayandırılıb. Demək olar ki, avtomobili addan ada keçirmə prosesi də getmir. Dünən açıqlama da verildi ki, bu, yalnız onlayn qaydada həyata keçirilə bilər. Bütün bunlar ikinci əl avtomlobil alışına təsir edən hallardır. Bilirsiniz ki, avtomobillərin çoxu etibarnamə əsasında alınıb-satılır. Mövcud vəziyyətlə əlaqədar olaraq notariuslar da işləmədiyinə görə avtomobil bazarında belə bir mənzərə ortaya çıxıb”. E.Muradlı bildirib ki, maşın bazarında durğunluq karantin müddəti başa çatdıqdan sonra aradan qalxacaq.
Maşın almaq istəyənlər DİQQƏTLİ OLUN



Maşın bazarında vəziyyət – Ekspert bədbindir
Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır
Ölkəmizdə “Prius”lar niyə bahalaşdı?
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Maşın almaq istəyənlər MÜTLƏQ OXUYUN
Avtomobil almaq istəyənlərə şad xəbər
Avtomobil almaq istəyənlərə pis xəbər
DİQQƏT - Bakıda bu avtomobillər...
Maşın bazarında durğunluğun səbəbi nədir?
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR
Azərbaycanda bu maşınların qiyməti bahalaşdı
Avtomobil bazarında canlanma - Bu maşınlar dəbə mindi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 