Məlumdur ki, pandemiya şəraiti, müəyyən qadağalar bəzi sahələrin iş rejiminə də ciddi dərəcədə təsir edib. Bu sahələrdən biri də avtomobil sahəsidir. Karantin qaydalarının qismən yumşaldılması bəzi sahələrdə canlanmaya səbəb olub. Maraqlıdır, son günlər avtomobil bazarında vəziyyət necədir? Alıcılar ən çox hansı növ avtomobillərə üstünlük verirlər? Mövzu ilə bağlı Cebhe.info-ya danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, son zamanlar avtomobil bazarında canlanma müşahidə edilir: “Avtomobil alıb satanların sayı xeyli artıb. Hətta ölkəyə gətirilən maşınların sayında da artım müşahidə edilir. Bu barədə Gömrük Komitəsi də açıqlama verib, hətta bildirilib ki, gömrükdə avtomobillərin rəsmiləşdirilməsi üçün müəyyən edilmiş yerlərdə sıxlıq müşahidə edilir. Əvvəlki illərlə müqayisədə gətirilən nəqliyyat vasitələrinin sayında artım var. Bu da o deməkdir ki, ölkəmizdə avtomobilə də təlabat var. Yaxın zamanlarda köhnə avtomobillərin istismardan yığışdırılması nəzərdə tutulur. Ona görə də insanlar yavaş-yavaş öz məsuliyyətlərini dərk edirlər. Düzdür, bunu hamı anlamır və ciddiyə almır. Amma biz köhnə avtomobillərdən yaxamızı qurtarmalıyıq. Bəzi insanlar məsuliyyətlərini dərk edirlər, avtomobillərini yeniləməyə çalışırlar. Tam yeni olan avtomobil almağa gücləri çatmasa da, kifayət qədər yeni olan, Azərbaycana gətirilməsinə icazə verilən avtomobillərlə öz maşınlarını yeniləyirlər. Bu kifayət qədər yaxşı haldır”. Ekspert qeyd edib ki, bazarda bu gün ən çox dövriyyə edən ikinci əl avtomobillərdir: “Bu ilin ilk 3 ayında ölkəyə təxminən 4-5 min arası hibrid avtomobil gətirilib. Statistikaya görə, təkcə mart ayı ərzində 1831 hibrid avtomobil gətirilib. Onun cəmi 17-si elektromobildir. Deməli, vətəndaşlarımızın hibrid avtomobillərə marağı var. Hibrid avtomobillər ekoloji cəhətdən 50% qənaət deməkdir. Bu qənaət ətraf-mühitin qorunmasına təsirini göstərir, eyni zamanda yanacağa qənaət deməkdir. Artıq elə bir dövrə gəlmişik ki, hər bir insan öz cibini, iqtisadi büdcəsini düşünür və ona uyğun da avtomobil seçməyə çalışır. Belə olan halda düşünürəm ki, gələcəkdə hibrid avtomobillərə gömrük, vergi güzəştləri tətbiq edilərsə, bizim avtomobil parkımız daha da yaxşılaşacaq və insanlarımız daha keyfiyyətli, komfortlu avtomobilləri sürəcək. Bugünkü avtomobil parkımızın vəziyyəti ürəkaçan deyil, yenilənməyə ehtiyac var”.
Avtomobil bazarında canlanma - Bu maşınlar dəbə mindi



Maşın bazarında vəziyyət – Ekspert bədbindir
Maşın bazarında ucuzlaşma olacaq — EKSPERT
Avtomobil almaq istəyənlərə pis xəbər
Maşın bazarında durğunluğun səbəbi nədir?
Azərbaycanda bu maşınların qiyməti bahalaşdı
Maşın bazarında SÜKUNƏT - Nə baş verir?
Payızda Azərbaycanda avtomobillər bahalaşacaq?
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Maşın almaq istəyənlər DİQQƏTLİ OLUN
Avtomobil almaq istəyənlərə şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 