Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.
ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib: “İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur. Yoluxmanın artıb –azalma tezliyi spiralvaridir. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısınnı alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tenednsiya ürəkaçan deyil. Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 XKR- pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün- aprelin 11-də isə artıq 1 sutka ərzində XKR- qaydalarının pozuntusu 3 810–a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların XKR-nin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq, bu günkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”



SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər - RƏSMİ
Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər – RƏSMİ
Bu, artıq üçüncü mərhələnin başlanmasıdır - Qərargah
Karantin yenidən SƏRTLƏŞDİRİLƏCƏK? - RƏSMİ
İyulun 20-dən sonra karantin rejimi uzadılacaqmı? - Baş infeksionistdən AÇIQLAMA
Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə… – RƏSMİ XƏBƏRDARLIQ…
Qadınlar arasında yoluxma daha çoxdur - Yaqut Qarayeva
Küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
Azərbaycanda koronavirusla bağlı son vəziyyət – Sevindirici AÇIQLAMA
Vətəndaşlar bunu edərsə, 2 həftə sonra karantin LƏĞV EDİLƏ BİLƏR – RƏSMİ
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA
Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? - Rəsmi cavab
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 