Azərbaycanda COVID-19-a yoluxma sayında artım var. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Bu templə davam etsə, yenidən məhdudlaşmaya gedilə bilər. Bunu biz yox, ekspertlər deyir. Onlar izah edirlər ki, insanların məsuliyyətsizliyi dövlətə başqa seçim imkanları tanımır. Həkimlərin, tibb işçilərinin insanları koronavirusla mübarizədə məsuliyyətli olmaları ilə bağlı etdiyi çağırışlar da qulaqardına vurulur. Bunu son günlərin yoluxma statistikasından da görmək mümkündür. Millət vəkili Fazil Mustafa da açıqlamasında söyləyib ki, artımın günlük statistikaları göstərir ki, tezliklə karantin rejimi daha da sərtləşdirilə bilər. Deputatın fikrincə, yoluxmanın artmasının iki səbəbi var: “Birincisi, mövcud hava şərtləridir. İkincisi, insanların məsuliyyətsizliyidir. İnsanlar yas məclislərini qapalı şəkildə də olsa, keçirirlər. Çoxlu adamlar yığışır. Tibbi maskalardan istifadə edilmir. Köhnə qayda ilə yemək-içmək də öz yerində. İnsanlar dəyişmir. Azərbaycanlı mentalitetində dəyişiklik yoxdur. Bir az yumşalma, azadlıq olan kimi insanlar əvvəlki həyat tərzini yaşamaq istəyir”. Fazil Mustafanın sözlərinə görə, heç kim qəbul etmək istəmir ki, insanların həyat tərzinə əvvəlki qaydada davam etməsi mümkün deyil: “Müəyyən məsələlərdə diqqətə almaq lazımdır ki, xəstəlik hələ qurtarmayıb. Üstəlik, peyvəndlənmə də hələ başa çatmayıb. Bütün bunları nəzərə almadan bu davranışları sərgiləyəndə xəstəliyin artması da qaçılmaz olur”. Millət vəkili hesab edir ki, yenidən sərt karantin rejimi tətbiq olunmalıdır. Amma əvvəlki sərt karantin rejimlərindən fərqli olaraq bu dəfə başqa yola əl atılmalıdır: “Yəni heç bir yeri – ictimai iaşə obyektlərini, iş yerlərini bağlamadan bunu etmək lazımdır. Nəzarət gücləndirilməlidir. Cərimələr tətbiq olunmalıdır. Amma insanların iş yerlərini bağlamaq çıxış yolu deyil. Bu, insanların yoxsullaşmasına gətirib çıxara bilər. Ona görə də buna yol vermək olmaz”.
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA



Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Karantin ləğv edilə bilər - Açıqlama
Sərt karantin: Bu şəxslərin cərimələri silinə bilərmi?
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
Karantin qaydaları yenidən SƏRTLƏŞDİRİLƏ BİLƏR - VİDEO
Bu ölkə sərt karantin rejiminə keçdi
Karantin nə qədər uzadıla bilər? - Açıqlama
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Bayramdan sonra karantin sərtləşdirilə bilər - AÇIQLAMA
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 