ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç - bu gün əlverişli günlərdən sayıla bilməz. Bununla belə, o, əvvəlki günlərdən daha yaxşı keçəcək. İşlə bağlı anlaşılmazlıqlar aydınlaşacaq, sizi maraqlandıran bütün suallara cavab alacaqsınız. Yeni müttəfiqlər axtarmaq olar. Bürcün bəzi nümayəndələri iş yerlərini daha nüfuzlu və yüksək maaşlı işə dəyişəcəklər.
Buğa - Alış-veriş etmək olar. Bundan başqa, hansısa böyük mərasimə hazırlıq üçün çox yaxşı gündür. Siz təşkilati məsələlərin öhdəsindən çox gözəl gələcək, heç bir detalı gözdən yayındırmayacaqsınız.
Əkizlər - əlverişli gündür. Uğur sizin tərəfinizdədir. Əgər təşəbbüs göstərsəniz və çalışqan olsanız, çox şey əldə edə bilərsiniz. Bürcün bəzi nümayəndələri gözlənilməz əngəllərlə qarşılaşsalar da, onları müvəffəqiyyətlə aşacaqlar. Gün sövdələşmələr, yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq üçün münasibdir.
Xərçəng - çox diqqətli olun! Bu çətin və gərgin gün ehtiyatlılıq tələb edir. Xüsusilə, yüksək ictimai və ya karyera pilləsində olan adamlarla ünsiyyətdə ehtiyatlı olmaq lazımdır. Siz səy göstərməli olduğunuz yerlərdə də tez-tez bəxtinizin gətirməsinə bel bağlayırsınız. Maddi itkilər mümkündür.
Şir - işlər vaxtınızı çox alsa da, yaxınlarla ünsiyyətə də vaxtınız qalacaq. Gün başqa şəhərlərdə yaşayan ailə üzvlərinizlə bağlı xoş xəbərlər vəd edir. Planlaşdırılmamış səfərlər mümkündür.
Qız - ulduzların təsiri xarakterini dəyişir, çətin günlərin yerini zövqlü günlər tutacaq. Bu gün bir çox başlanğıclarda, o cümlədən, ən cəsarətli addımlarda bəxtiniz gətirəcək. Bir sıra biznes proseslərini nəzarət altına almaq mümkün olacaq. Günün maddi baxımdan nə qədər əlverişli olması yalnız özünüzdən asılıdır.
Tərəzi - hadisələrin əlverişli inkişafından iş problemlərinin həlli üçün yararlanın. Əgər indi işgüzar aktivlik göstərməsəniz, bədxahlarınız bundan irəliyə çıxmaq üçün istifadə edəcəklər. Rəhbərlik sizi dəstəkləməyə hazırdır: karyera yüksəlişi və maaş artımı ilə bağlı məsələləri müzakirə etmək olar.
Əqrəb - gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir. Siz ehtiyac olduğunda hər kəs üçün həm dəstək sözləri, həm də ağıllı məsləhətlər tapacaqsınız. Dəyərli hədiyyələr, iri pul gəlirləri mümkündür.
Oxatan - bu gün çoxlu münaqişələr, mübahisələr gözlənilir. Üstəlik, onları işdə qoymaq mümkün olmayacaq və evdə də hər şey qaydasında deyil. Xoşbəxtlikdən, fikrini xüsusilə vacib saydığınız adam sizin tərəfinizdədir və onun dəstəyinə şübhə etməyə dəyməz.
Oğlaq - yaxınlarınızla mübahisələr mümkündür. Siz fikir ayrılıqlarına tezliklə son qoymaq üçün əlinizdən gələni edəcək və buna nail olacaqsınız. Bundan başqa, nə vaxtsa bilməyərəkdən xətrinə dəydiyiniz adamlarla barışa bilərsiniz.
Dolça - bu gün əvvəlki iki günlə müqayisədə o qədər də uğurlu deyil. İşgüzar aktivlik azalır, şərait isə təşəbbüskarlıq, eləcə də, inad tələb edir. Yalnız köhnə dostlara və sınanmış müttəfiqlərə bel bağlaya bilərsiniz. Yeni əlaqələr (xüsusilə, işgüzar) böyük ehtiyatlılıq tələb edir.
Balıqlar - o qədər də yaxşı vəziyyət deyil. Görünür, siz səhvə yol vermisiniz və ona görə cavab verməyin vaxtı çatıb. Vəziyyət ümidsiz deyil, amma ondan çıxış yolu tapmaq çox çətindir: hiylə işlətmək və fəndgirlik etmək lazım gələcək. Maliyyə itkiləri mümkündür. Siz tək özünüzün yox, həm də başqalarının pulu ilə sadəlövhlüklə davranırsınız.(milli.az)



Günün qoroskopu: Uğurlu gündür, bundan istifadə etmək lazımdır
Günün qoroskopu: Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq
Günün qoroskopu: Məqsədinizə çatmaq üçün orijinial yollar, istəyinizi əldə etməyin qeyri-adi üsullarını tapacaqsınız
Günün qoroskopu: təmaslarınızda diqqətli olun
Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil
Günün qoroskopu: Yaşam potensialı bir qədər aşağı düşəcək
Günün qoroskopu: Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə girişmək olar
Günün qoroskopu: yaxın ətrafınızdakı insanlara bu gün yaxşı münasibət bəsləyin
Günün qoroskopu: Elə bir təklif almağınız mümkündür ki...
Günün qoroskopu: ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 