Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.
ONN media bildirir ki, bunu “Deutsche Welle” yazıb. Məqalədə əlcək taxmağın koronavirusdan qorunmaqda nə dərəcədə faydalı olduğu araşdırılıb. Məlumata görə, əlcəklərdən istifadə yalnız qısa müddət üçün effektivdir. Bildirilir ki, həkimlər və tibbi personalın əlcək taxmağı vacib olsa da, bu, qan və digər bioloji maye kimi gözəgörünən çirkdən qoruyur. Bu əlcəklər yalnız qısa müddət ərzində əlləri bakteriya və virusdan qoruya bilər. İş burasındadır ki, əlcəklər məsaməli materialdan hazırlanıb. Onlardan nə qədər çox istifadə edilsə, patogen mikroorqanizmlərin də əlcəyin içinə daxil olma ehtimalı bir o qədər artır. Bu səbəbdən həkimlər əlcəyi çıxardıqdan sonra əllərini diqqətlə yuyur və dezinfeksiya edirlər. Bundan başqa, bu qoruyucu vasitə həm də aldadıcı sterillik hissi yaradır. Bir çox insan əlcək taxdıqdan sonra nə qədər də üzə toxunmamağa çalışsalar da, istər-istəməz bunu tez-tez edirlər. Həkimlər əlcək taxmağın virusa yoluxma artıra biləcəyinə dair xəbərdarlıq edirlər. Belə ki, təkistifadəlik əlcəkdə dəri daha tez tərləməyə başlayır. Bu isə bakteriya və virusların bütün növləri üçün ideal mühitdir. “Qısa müddət ərzində təkistifadəlik əlcəyin səthində az öncə yuyulmuş əldən daha çox bakteriya yığılır”, - pulmonoloq Yens Metyu bildirib. Məqalədə deyilir ki, koronavirusdan qorunmağın ən effektiv yolu ənənəvi profilaktik tədbirlərə riayət etməkdir. Bu, ilk növbədə, əllərin diqqətlə yuyulması və ictimai yerlərdən qaçınmaqdır.(ölkə.az)Əlcəklər koronavirusdan qoruyurmu?



Tibbi maskalardan təkrar istifadə etmək düzgündürmü?
Əlcəklərdən istifadə ilə bağlı - Nazirlikdən açıqlama
Satıcılar niyə maska və əlcəklərdən istifadə etmir? - VİDEO
Filtrli maskalar təhlükəlidir?
Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları açıqlandı - RƏSMİ
Azərbaycanda restoran və kafelər belə işləyəcək - RƏSMİ
“Spirt və maska bizi virusdan qorumur” - VİDEO
İsayevdən XƏBƏRDARLIQ- Təxirə salın
Maska və əlcək taxmayanları cərimələmək olarmı? – AÇIQLAMA
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 