Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edilib. “Azərpoçt” MMC-dən ONN media -ya verilən məlumata görə, qurum tərəfindən yük avia şirkəti ilə danışıqlar aparılaraq beynəlxalq poçt daşımaları barədə razılığa gəlinib. Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Honq-Konq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malaziya, Niderland, Norveç, Koreya, Amerika Birləşmiş Ştatları, Ukrayna, Rusiya, Türkiyə və Sinqapura beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa olunub. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda, məlumatlar azerpost.az saytında yerləşdiriləcək. Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur. Xatırladaq ki, "Azərpoçt" MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırıldığı və mövcud reyslər təxirə salındığı üçün 16 mart tarixindən beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırıb.
“Azərpoçt” 18 ölkəyə poçt göndərişlərini bərpa etdi



Poçt şöbələri bayramda işləyəcək?
Bayram günlərində bu poçt şöbələri işləyəcək
“Azərpoçt” bayram günlərində də işləyəcək?
Ağoğlanda agentlik fəaliyyətə başladı
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
“Azərpoçt”un şöbələri adi iş rejiminə keçdi
Bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək
Poçt şöbələri bazar günü də işləyəcək
Hansı poçt şöbələri işləməyəcək?
190 manatı alacaq şəxslərin adı bu siyahıdadır
"Azərpoçt" işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 