Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib. MMC-dən ONN media -ya verilən məlumata görə, Heydər Əliyev prospekti, 72-də yerləşən, 1 saylı poçt filialının nəzdində fəaliyyət göstərən 33 saylı poçt şöbəsi “Azərpoçt” MMC-nin yeni brendinə uyğun dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb. Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər. Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. Bundan başqa, 33 saylı poçt şöbəsində vətəndaşlar rahatlıqla bütün iş saatlarında valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə biləcəklər. Ay ərzində təxminən 15 minə yaxın vətəndaşa xidmət göstərən 33 saylı Poçt şöbəsində həftənin 7 günün 24 saat işlək ATM də yerləşdiriləcək. Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi



"Azərpoçt" bayram günlərində işləyəcək?
Bayram günlərində bu poçt şöbələri işləyəcək
“Azərpoçt” bayram günlərində də işləyəcək?
Bir sıra poçt şöbələri həftə sonları da xidmət göstərəcək
Ağoğlanda agentlik fəaliyyətə başladı
“Azərpoçt”un şöbələri adi iş rejiminə keçdi
Poçt şöbələri bazar günü də işləyəcək
Hansı poçt şöbələri işləməyəcək?
“Azərpoçt” 18 ölkəyə poçt göndərişlərini bərpa etdi
Artıq poçtda bu proses mümkün olacaq
Bakıda yeni “Şəbəkə” istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 