Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov karantin rejimi qaydalarını pozan şəxslərin məhkəməyə müraciət etməsi üçün 10 gün vaxt verildiyini və müvafiq qərara uyğun olaraq 30 gün müddətində ödənişdən yenə imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacağı, avtomobilinin cərimə meydançasında saxlanılacağı barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra isə bir çox ekspertlər bildirirlər ki, bəzi vətəndaşların adlarına avtomobil yoxdur, ölkədən də çıxmırlar, ona görə də tətbiq edilən cəzalar kifayət etməyəcək.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Səməd Vəkilov deyib ki, karantin qaydalarını pozduğu üçün cərimə olunan vətəndaşlar xəbərdarlıqdan sonra da cəriməni ödəmədikdə inzibati qaydada həbs oluna bilərlər.
“Düzdür, ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulması, avtomobilinin cərimə meydançasında qalacağı ilə bağlı qanunvericiliyin tələblərini hazırda praktik olaraq həyata keçirmək çətin olacaq. Çünki bəzi şəxslərin heç avtomobilləri, əmlakları da öz adlarına deyil. Belə olan təqdirdə cəriməni ödəmək üçün verilən vaxta qədər ödəniş edilməsə, onlar barəsində inzibati həbs qərarı verilə bilər. Bundan başqa, qeyd edildiyi kimi, barəsində tətbiq edilən protokoldan narazı qalan vətəndaşlar məhkəməyə müraciət edə bilər. Sonda isə məhkəmənin qəbul etdiyi qərarlar prosedura uyğun icra edilməlidir”.#virus#koronavirus#avtomobil#



DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi
Maaş, pensiya, əmlaka həbs... - Karantin cərimələri TUTULMAĞA BAŞLANDI
Diqqət- Bunu edənlər 200 manat cərimələnəcək
Maskaya görə cərimə edilənlər axtarışa verilə bilər - RƏSMİ
1337 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu
1150 nəfərin Azərbaycana girişinə qadağa!
Karantin cərimələri silinəcək? - DİN-dən CAVAB
Karantin cəriməsini ödəməyənləri NƏ GÖZLƏYİR? - VİDEO
Baş Prokurorluqdan Fatma Abdullazadə açıqlaması
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
Əlcək və maskadan istifadə etməyən şəxslərdə cərimələnəcək? - RƏSMİ AÇIQLAMA
Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyuldu?- Rəsmi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 