Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.
ONN media xəbər verir ki, bunu "ARB24" kanalının “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarını pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir:
“Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
Hacıyev bildirib ki, 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək:
“Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”.



Karantin cərimələri silinəcək? - DİN-dən CAVAB
Cəriməni ödəmək istəməyənlərə XƏBƏRDARLIQ
Karantin rejimini ikinci dəfə pozan şəxsi hansı ağır cəza gözləyir? – RƏSMİ AÇIQLAMA
Karantin cəriməsini ödəməyənləri NƏ GÖZLƏYİR? - VİDEO
DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi
7 vəzifəli şəxs məsuliyyətə cəlb edildi
Diqqət- Bunu edənlər 200 manat cərimələnəcək
Maaş, pensiya, əmlaka həbs... - Karantin cərimələri TUTULMAĞA BAŞLANDI
Toyda peyvənd olunmayanlar aşkarlanarsa… - RƏSMİ
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 