Azərbaycanın məşhur aktyor və rejissoru, Xalq artisti Rafiq Əliyev vəfat edib.
Bu barədə R.Əliyevin qohumları bildirib.
Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub.
1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinifinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin rejissorluq bölməsinə daxil olub.
1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılıb və üç il hərbi xidmət edib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olunub, 1970-ci ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan “Bumbaraş”da Bumbaraş, “Üç muşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndə Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazları qeyd etmək olar. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib.
1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmin teatrın səhnəsində “Blez”, “Qar qız və yeddi cırtdan”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Sarıköynək günəşi necə gətirdi”, “Hind fantaziyası”, “Şəhərli kürəkən”, “Krokodil Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətə qarşılanıb.
Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb.
31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin! Oxu.az



Nazirlik Rafiq Əliyevin ölümü ilə bağlı nekroloq imzaladı
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Azərbaycanda əməkdar artist vəfat edib
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
22 yanvar Hacı İsmayılovun doğum günüdür
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
Bu gün Safurə İbrahimovanın doğum günüdür
Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb - YENİLƏNİB
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 