Bruselyoz xəstəliyinə, əsasən, insanlar çiy, yaxşı bişirilməmiş ət və süd məhsulları, eləcə də duza qoyulmamış və ya yetişməmiş pendir istehlak etdikdə yoluxa bilərlər. ONN media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Bundan başqa, bruselyoza yoluxmamaq üçün boğaz heyvanları digərlərindən ayırmaq, doğuş çətin olduqda və ya vaxtından əvvəl balasalma baş verdikdə dərhal baytar həkim çağırmaq, mütəmadi olaraq heyvanın qanının laborator müayinəsini aparmaq, xəstələndikdə onu naxıra ötürməmək lazımdır. İnsanlarda bruselyoz xəstəliyinin əlamətləri, əsasən, yüksək hərarət, halsızlıq, gecə tərləmələri, əzələ, oynaq və baş ağrıları, üşütmə, iştahsızlıq, arıqlama, depresiya və ya yuxusuzluqla müşahidə olunur. Heyvanlarda doğuş çətin olduqda və vaxtından əvvəl balasalma baş verdikdə, oynaqlarda şişkinlik, ağsama, titrəmə və hərarətin yüksəlməsi müşahidə edildikdə dərhal bu barədə baytar həkimə müraciət etmək məsləhət görülür. Bu xəstəlikdən heyvanları qorumaq üçün mütləq onların dövri peyvəndləməsini aparmaq lazımdır. Bruselyoz xəstəliyinə yoluxmuş heyvanlar xüsusi təyin olunmuş günlərdə sanitar heyvan kəsim məntəqələrində baytar həkimin nəzarətində kəsilməlidir.
Əhaliyə vacib xəbərdarlıq: bunu etsəniz, xəstəliyə yoluxa bilərsiniz



Uşaqlar arasında yeni virus yayılıb - VALİDEYNLƏRƏ VACİB MƏSLƏHƏTLƏR
“Spirt və maska bizi virusdan qorumur” - VİDEO
Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
Koronavirusun 9 yeni simptomu
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
Hamiləliyin müxtəlif dövrlərində koronavirusa yoluxmanın təhlükələri açıqlandı
Nazirlikdən əhaliyə xəbərdarlıq: Bunlara riayət edin!
Çayxanaya gedənlərə BƏD XƏBƏR - VİDEO
Həkimdən gözlənilməz açıqlama: Pul boğaz ağrısı yaradır
Koronavirusa yoluxan aktrisa nələr yaşadı? - "Qorxunc bədən ağrıları və..."
Geomaqnit qasırğası ilə bağlı daha bir xəbərdarlıq
Ürək üçün ən vacib element və qida açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 