Bakıda son günlər rotavirus infeksiyası yayılıb. Əsasən yetkin yaşda insanlar arasında yayılan bu virus uşaqlarda da özünü biruzə verir. Çox zaman isə bunu koronavirusun əlamətləri ilə səhv salırlar.
Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu məsələ aktuallığını daha da artırır.
Hazırda uşaqlar arasında sağlamlıq baxımından vəziyyət necədir?
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.
Uzman doktor bildirdi ki, rotavirus mövsümi xarakter daşıyan xəstəlikdir.
“Mədə-bağırsaq sistemini tutan viruslar qrupuna aiddir. Xüsusilə bu yaz-payız aylarında artım izləyirik. Əsasən ishal və qusma əlamətləri ilə özünü göstərir. Yüksək hərarət də müşahidə olunur”, - deyə Azər Əhmədov bildirib.
Həkim deyir ki, yüksək hərarət əsasən 3 gün davam edərsə, bu o qədər qorxulu deyil. Lakin 3 gündən artıq hərarət olarsa, bu zaman mütləq həkim müdaxiləsi olmalıdır. Əks halda vəziyyət gərginləşə bilər.
Azər Əhmədov deyir ki, hazırkı dövrdə koronavirus aktuallığını hələ də saxlamaqdadır. Bu səbəbdən də, koronavirusa yoluxmamaq üçün xüsusi diqqətli davranmaq lazımdır.
“Dünən 2 xəstədə koronavirus testi pozitiv çıxdı. Kovid hələ də bitməyib. Əsasən də xəstə uşağın valideynləri diqqətli olmalıdır. Birinci növbədə burada təmas önəmlidir. Qrip olan uşağı məktəbə göndərmək olmaz. Əgər ailə üzvlərindən biri xəstədirsə, uşağı həmin şəxsdən uzaq tutmaq lazımdır.
Qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Əllər tez-tez yuyulmalı, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır. Virus infeksiyalarında antibiotiklərdən çox istifadə etmək məsləhət deyil.
Düzgün qidalanmaq çox lazımdır. Bu, orqanizmin müqavimətini artırmaq üçün çox önəmlidir. Daha vacibi isə çoxlu maye qəbul etməkdir”. Baku.ws



VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik
Uşaqlar arasında bu xəstəlik yayılıb - XƏBƏRDARLIQ
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
Uşaqlar arasında yeni virus yayılıb - VALİDEYNLƏRƏ VACİB MƏSLƏHƏTLƏR
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Valideynlərin DİQQƏTİNƏ-Yeni infeksiya yayılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 