Sürücülərdə elə fikir yaranıb ki, heç də hər avtomobili qurulmuş postlarda saxlamırlar. Bu da bir çox sürücüdə arxayınlıq yaradır və nəticədə də karantin qaydaları pozulur. Bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin qaydalarının pozulma səbəbləri haqda danışarkən deyib. E.Muradlı bildirib ki, əksər sürücülər postlarda yaranan sıxlıqdan istifadə edir: “Postlardan hansısa maşının nəzarətsiz keçməsi çox az hallarda müşahidə edilir. Ancaq sürücülər bu nadir hallardan sui-istifadə edir. Hesab edirəm ki, postların sayını bir qədər azaltmaq və postlara paylanmış polisləri bir neçə postda birləşdirmək daha yaxşı olardı. Postlar artdıqca, əməkdaş sayı azalır. Çünki polisin başqa fəaliyyəti də var”. Ekspert bildirib ki, hər prospektdə bir post saxlamaq kifayət edir: “Bir prospektdə 5 yerdə post qurub prospektlə hərəkət edən avtomobilləri 5 dəfə saxlayıb sənəd yoxlamaq vaxt itkisidir. Ondansa hər prospektin girişində və çıxışında post qurmaq daha məqsədəuyğundur. Bu gün işbazlar var ki, adı olub, özü olmayan saytlar üçün saxta press vəsiqələr hazırlayır. Polis təbii ki, postda saxlayıb yoxlayır. O press kartın, göstərilən icazə kağızının saxta olub-olmadığını müəyyən etmək isə vaxt alır. Bu zaman da bir necə sürücü keçib gedə bilir. Ona görə belə yanlış fikir yaranır ki, postlarda yoxlama başdansovdu aparılır”.
Bakıda postlarda “başdansovdu” yoxlama aparılır?



Bakıda postların sayı niyə azaldıldı?
Sürücülərin NƏZƏRİNƏ! Bu tarixdən cərimələnə bilərsiz
Sürücülərin diqqətinə: Sabahdan cərimələr başlayır
Maşın almaq istəyənlər DİQQƏTLİ OLUN
Suyun partlaması hansı biyabırçılıqları üzə çıxardı?
DYP: Bu şəxslər Bakıya buraxılmayacaq
Maşın bazarında vəziyyət – Ekspert bədbindir
Sürücülər radara düşməmək üçün görün nə edir – VİDEO
Postlarda qanunsuzluq edən polislər işdən çıxarıldı
Karantin postları ləğv edildi- Cərimələr necə olacaq?
Bakıda reyd keçirildi- BU ŞƏXSLƏR SAXLANILDI
Azərbaycan Ermənistanla sərhəddə yeni postlar qurdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 