Daxili İşlər Nazirliyi Bakıda qaçırdığı avtomobillə bir neçə insident törətmiş və polisə hücum edən şəxs barəsində məlumat yayıb. ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayon sakini Ə.Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin aprelin 17-də saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili də vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib. Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonunun “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobili qaçıranın əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub. Qeyd edək ki, sürücü saxalanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücüm etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Araşdırma zamanı R.Ağabəyovun qaçırdığı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Onu da qeyd edək ki, R.Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda film kimi hadisə - Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi



Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirdi - RƏSMİ
Bakıdan avtomobil qaçıran qardaşlar yolda tutuldu
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı
YPX avtomobili polisi vuraraq öldürdü — RƏSMİ
Avtomobil qaçırmaqda şübhəli bilinənlər saxlanılıb
Bakıda təhlükəsizlik xidmətinin rəisini bıçaqladılar – RƏSMİ MƏLUMAT
DİN Bakıda həkimlərin öldüyü hadisə ilə bağlı XƏBƏR YAYDI
Binəqədi yolunda yol qəzası olub
Bakıda “Priora” qaçıran şəxs saxlanıldı
Piyadanı vurub qaçan sürücü TUTULDU
Gədəbəy rayon sakini istintaqa cəlb olunub
Qaçırdığı maşını yandırdı - ŞOK OLAY
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 