Bakıda yük maşınının vurduğu kişi xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər.
Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.
Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb.



Xarici vətandaşı avtomobillə vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb - DİN
Bakıda 30 yaşlı oğlanı başından vurub öldürdülər
Avtomobil oğruları YAXALANDI
Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb
Piyadanı vurub qaçan sürücü TUTULDU
Qızıl, telefon, planşet, noutbuk oğurlayan şəxslər saxlanılıb
2 kiloqram narkotik dövriyyədən çıxarıldı
Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı
Bakıda "07" qaçıran şəxslər HƏBS EDİLDİ
Beyləqanda ölüm hadisəsilə bağlı cinayət işi başlanılıb
Polis əməliyyat keçirdi - Silahlı şəxslər tutuldu
Bakıda mənzildən külli miqdarda pul oğurlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 