“Son 16 ildə ölkəmizdə 30-dan çox yeni stansiya tiklib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.
ONN media xəbər verir ki, bunu bu gün “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindən sonra qurumun əməkdaşları ilə söhbət zamanı Prezident İlham Əliyev deyib. İ.Əliyevin sözlərinə görə, ölkənin enerji potensialı onun artan iqtisadi inkişafa uyğun olmalıdır: “Bu stansiyalar arasında xüsusilə böyük stansiyalar əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilib. “Cənub” Elektrik Stansiyası təxminən 800 mVt-a bərabər generasiya gücünə malikdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası 525 mVt, “Şimal 2” bu yaxınlarda istifadəyə verilib, onun generasiya gücü 400 mVt-a yaxın, “səngəçal” stansiyasının generasiya gücü 300 mVt-dır. Təkcə bu 4 stansiyanın generasiya gücü 2000 mVt-dan çoxdur. Bundan əlavə su elektrik stasniyaları tikildi ölkəmizin müxtəlif yerlərində və bildirməliyəm ki, Naxçıvan MR-da tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün MR-nın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisini alan Naxçıvan tam özünü təmin edir. Eyni zamanda da orada ixrac potensialı da yaranmışdı. O cümlədən ölkəmizdə bütövlükdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik. Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcə hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına. Bu kreditlər qaytarılır. Beləliklə biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təminatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksək gərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi. Yeni yarımstansiyalar tikildi, bir çox yerlərdə transformatorlar. Və mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində həmişə mən maraqlanıram, və vətəndaşlardan maraqlanıram ki, enerji təminatı necədir? Və son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Və bu məni çox sevindirir. Onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər. Bizim enerji potensilaımız bizim artan iqtisadi inkişafa uyğun olmalıdır”.İlham Əliyev: “Azərenerji” və “Azərişıq” çox böyük işlər görürlər”



İlham Əliyev: “Kobud səhvlər buraxılıb”
Prezident: Ermənilər Laçın da 5 su elektrik stansiyasını dağıdıb
Prezident: “Çəkilmiş şəkillərdən dəhşətə gəldim”
Prezident: "Mingəçevir İstilik Elektrik Stansiyasının şəkillərinə baxanda adam dəhşətə gəlirdi"
Prezident açılışa qatıldı
Prezident açılışda iştirak etdi
Prezident: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür"
İlham Əliyev açılışda
İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında
Azərbaycanda yeni günəş elektrik stansiyaları açılacaq
İlham Əliyev yeni kompleksin açılışında
Prezident Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 