Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib. ONN media xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub. Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır. Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə saldı. Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi. Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.
İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında



İlham Əliyev açılışda - YENİLƏNDİ
Prezident açılışa qatıldı
İlham Əliyev açılışda
Prezident və xanımı Şuşada (YENİLƏNDİ)
İlham Əliyev bu yarımstansiyaların açılışını etdi
Kəlbəcərdən Laçına elektrik xətti çəkilir
Şuşada yeni yarımstansiya tikilir - VİDEO
Prezident "Cəbrayıl" enerji qovşağının təməlini qoydu
İlham Əliyev açılışda
Prezident Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu
İlham Əliyev "Cəbrayıl" yarımstansiyasının açılışını edib
Şuşaya yüksək gərginlikli xətt çəkilir - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 