Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb. Nazirlikdən ONN media -ya bildirilib ki, bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək. Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər. Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.
Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı



Pensiyaların ödənişinə başlanıldı
Bu rayonların pensiyaçılarına ŞAD XƏBƏR
May ayı üzrə pensiyaların ödənişinə başlandı
Bu ay üzrə pensiyaların ödənişi başa çatdı
Pensiya alanların diqqətinə
Müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi vaxt AÇIQLANDI
İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ÖDƏNİLDİ
Bu ayın müavinət və təqaüdləri ödənildi
Müavinət alanların NƏZƏRİNƏ
Pensiyalarla bağlı ŞAD XƏBƏR
Pensiya alanların NƏZƏRİNƏ
Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 