Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya ödənişləri artıq həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (197216 nəfər) bank hesablarına köçürülüb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı qeyd edib. O bildirib ki, sabah Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiyalar ödəniləcək: "Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə isə ayın 10-da ödənilməsi nəzərdə tutulur. Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq".
Pensiyaların ödənişinə başlanıldı



Bu rayonların pensiyaçılarına ŞAD XƏBƏR
May ayı üzrə pensiyaların ödənişinə başlandı
Bakı üzrə pensiya alanlara ŞAD XƏBƏR7
Bu ay üzrə pensiyaların ödənişi başa çatdı
Pensiya alanların diqqətinə
Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı
Pensiyalarla bağlı yeni xəbər
Dekabr ayının pensiyaları ödənildi
Bu şəxslərin pensiyaları artımlarla birgə ödənildi
İyun ayının pensiyaları ödənildi
Bu rayonlar üzrə pensiya ödənişlərində dəyişiklik edildi
Pensiyalarla bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 