Azərbaycanda koronavirus infeksiyasının yayılma riskini minimuma endirmək üçün karantin rejimi yenidən - may ayının 4-nə qədər uzadıldı.
Bəs karantin rejiminin uzadılması ilə ictimai nəqliyyatda tətbiq olunan qaydalarda dəyişikliklər gözlənilirmi? Müddətin uzadılması ilə əlaqədar olaraq ictimai nəqliyyatda hansı tədbirlər görüləcək? ONN media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, xüsusi karantin rejiminin uzadılması post-karantin dövrünə daha yaxşı hazırlaşmağa imkan verir: "Karantin rejiminin davam etdiyi müddətdə ictimai nəqliyyatda tətbiq olunan bir sıra şərtlər saxlanılacaq. Bura sosial məsafənin saxlanılması, avtobuslara limit daxilində sərnişinlərin qəbul olunması, dövri olaraq avtobus salonlarında dezinfeksiya işlərinin aparılması daxildir. Həmçinin avtobuslara daxil olan şəxslərin dezinfeksiya aparatından istifadəsi davam edəcək". Ekspertin sözlərinə görə, post-karantin dövründə də insanların təhlükəsizliyini təmin etmək və ehtiyatı əldən verməmək üçün ictimai nəqliyyatda tətbiq edilən bir sıra qaydalar qüvvədə qala bilər: "Eynilə karantin dövründə olduğu kimi, avtobus salonlarında sıxlığın yaranmasının qarşısını almaq üçün sosial məsafə qaydası və yoluxma riskini aradan qaldırmaq üçün dezinfeksiya kimi bir sıra tədbirlər post karantin dövründə də saxlanılacaq". "İctimai nəqliyyat - "BakuBus" dövlət tərəfindən subsidiya olunur. Buna görə də, karantin rejiminin uzadılmasının ictimai nəqliyyatın iqtisadi və maliyyə vəziyyətinə mənfi təsir edəcəyini düşünmürəm", - deyə ekspert əlavə edib. E. Cəfərov hazırda taksilərin müəyyən şərtlərlə fəaliyyət göstərə bildiyini və bu prosesin davam edəcəyini düşünür: "Bu da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tənzimlənir. Karantin rejiminin uzadıldığı vaxtda taksi fəaliyyəti üçün fərqlənmə nişanlarının verilməsi prosesi olduğu kimi qalacaq. Bu dövrdə "fərqlənmə nişanı" alan taksilərin sayında da artım müşahidə oluna bilər".(report)Karantinin uzadılmasına görə ictimai nəqliyyatda hansı tədbirlər görüləcək?



SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Bu tarixlərdə şənbə-bazar avtobus və metro işləyəcək
Azərbaycanda karantin rejimi uzadıldı
Xüsusi karantin rejimi ilə bağlı qərar verildi – RƏSMİ
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Bakı polisi nəzarəti gücləndirdi
Azərbaycanda xüsusi karantin rejimi uzadılacaq?
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 