Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib. ONN media xəbər verir ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels - İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək. Uels - İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə - İsveçrə oyununun keçiriləcəy 20 iyun bazar günlərinə təsadüf edir. Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən isə 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub. Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər. Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilib.
Bu tarixlərdə şənbə-bazar avtobus və metro işləyəcək



Həftəsonları ictimai nəqliyyat işləyəcək?
Metronun iş rejiminə dəyişiklik ediləcək
AVRO- 2020 Türkiyədə keçiriləcək?
Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
AVRO-2020-nin təqvimi
SON DƏQİQƏ: Bu tarixə kimi ictimai nəqliyyat həftəsonları işləməyəcək
Avro-2020: Bakıda personajların növbəti keçidi oldu
Sabah Bakıda marşrutlar işləyəcək? - RƏSMİ
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
AVRO-2020-də buna icazə verildi
Bu ərazi tam nəzarətə götürülüb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 