Martın 1-nə qədər bütün məktəblərdə tədris davam edirdi. Mart ayı üçün nəzərdə tutulan 9-cu sinfin proqramı da əvvəldən nəzərdə tutulmuşdu. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı. ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. DİM sədri qeyd edib ki, imtahana aid bütün proqramlar noyabr- dekabr ayında elan olunmuşdu: "İki ildir ki, online resurslarımız youtube kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə youtube kanalımızda o dərslərə yenidən baxa bilərlər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir. Vətəndaşların 90 faizində telefon var. Dərsliklər də hamıya məktəbdə verilib. Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır. İmtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq. Bu məsələlər yenə də müzakirə olunacaq. Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək". M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfləridir: "Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk".
İmtahanlarda koronavirusla bağlı sual olacaq - Rəsmi



Temperaturu olanlar imtahana buraxılmayacaq
Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ
Bu abituriyentlər imtahanlara buraxılmayacaq - XƏBƏRDARLIQ
Hərbi xidmətlə əlaqəli güzəşt... - DİM sədri
Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ
Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə
Bu abituriyentlərin nəticələri ləğv olunacaq
Koronavirusa yoluxan abituriyentlərə vacib xəbər
I qrupda bu abituriyentlər kimyadan yox, bu fəndən İMTAHAN VERƏCƏK
DİM sədri açıqladı - Bütün şagirdlər tibbi maska taxacaq
Məktəblərdə keçiriləcək imtahanlarla bağlı xəbər var
Məleykə Abbaszadə valideynləri günahlandırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 