İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır. ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: "Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq". DİM sədri deyib ki, 11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Onun sözlərinə görə, Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: "İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur". O bildirib ki, məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.
Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ



Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ
Buraxılış imtahanlarının TARİXİ AÇIQLANDI
IX siniflərin buraxılış imtahanlarının qrafiki elan olundu
Bu abituriyentlərin nəticələri ləğv olunacaq
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının VAXTI MƏLUM OLDU
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Qəbul imtahanları iki mərhələdə keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 