Çinin Uhan şəhərində koronavirusa yoluxan və 2 ay müalicə alaraq xəstəliyə qalib gələn kardioloq Yi Fan və uroloq Hu Veyfenqin dəri rəngi dəyişib. ONN media xəbər verir ki, mütəxəssislər bu dəyişikliyi koronavirusun qaraciyərə verdiyi zədə ilə əlaqələndirir. Çin mediasına müsahibə verən Hu Veyfenq yaşadığı dəyişiklikdən danışıb. “Şüurum bərpa olanda və səhhətimi öyrənəndə qorxdum. Tez-tez kabuslar görürdüm”, - o bildirib. Xuançon Elm və Texnologiya Universitetinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sonq Yianxin həkimlərin orqanlarının müalicə əsnasında zərər gördüyünü söyləyib. Onun sözlərinə görə, qaraciyərə yığılması lazım olan dəmir orqanlar doğru işləmədiyi üçün qan damarlarına dolub. Buna görə də dərinin rəngində dəyişikliklər yaşanıb. Uroloq Li Şuşenq həkimlərin dəri rənglərinin bir müddət sonra normal vəziyyətə qayıdacağını bildirib. Mütəxəssislər koronavirusa qalib gələn xəstələrin həyati əhəmiyyətli orqanlarında ciddi zədələrin meydana gələ və posttravmatik stress pozuntusunun (PTSP) ortaya çıxa biləcəyini deyir. Yale Universitetinin kardioloqu Harlan Krumholz isə COVID-19-un sadəcə tənəffüs yolu xəstəliyi olmadığını ifadə edir: “Bu xəstəlik ürəyi, qaraciyəri, böyrəkləri, beyni, endokrin və qan-damar sistemini sıradan çıxarır”.
Koronavirusa qalib gələn həkimlərin dəri rəngi dəyişdi



Koronavirusa yoluxan telekanal müxbiri: “Təngnəfəslik əmələ gələndən sonra həkimə müraciət etdim”
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Koronavirusa qalib gələn 64 yaşlı türkiyəli jurnalist başına gələnləri DANIŞDI
Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı artır
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – HƏKİM
Çindəki türk : “Virus göz, qulaq və dəri ilə keçir...” – CNN-də şok yayım
Məşhur rusiyalı müğənni koronavirusa yoluxdu
Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin VƏZİYYƏTİ AĞIRDIR
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Koronavirusa inanmayanlar mütləq oxusun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 