Qazanxanaların qazla təminatı müddəti uzadılıb. "Azəriqaz" İstehsalat Birliyindən ONN media -ya bildirilib ki, ölkə ərazisindəki qazanxanaların qazla təminatı 30 aprel 2020-ci il tarixinədək davam etdiriləcək. Beləliklə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.
Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda, havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən "Azəriqaz" İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.İstilik mövsümünün müddəti uzadıldı



İstilik mövsümünə tez başlanıla bilər - TAPŞIRIQ
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Qazanxanaların qaz təchizatı dayandırıldı - RƏSMİ
Əhaliyə şad xəbər: Vaxt uzadıldı
Xüsusi karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin rejiminin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 