Aidiyyəti qurumlarla aparılan müzakirələrdən sonra istilik mövsümünün aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib. 15 apreldə başa satması gözlənilən istilik sisteminin mövsümü qrafiki aprelin 25-nə qədər davam edəcək. Bu barədə ONN media-ya Azəristiliktəchizat ASC-nin mətbuat katibi Rafiq Əliyev mövsümi qrafikə əsasən gecədən etibarən dayandırılması gözlənilən mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı danışarkən deyib. R.Əliyev bildirib ki, xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir: “Ölkə Prezidentinin tapşırıq və tövsiyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və Azəristiliktəchizat ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bununla bağlı müvafiq araşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib. Baş nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib. Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı Azəristiliktəchizat ASC tərəfindən bütün zəruri tədbirlər görülüb. İstilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin edilib”. R.Əliyev bildirib ki, hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılmış, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.
Əhaliyə şad xəbər: Vaxt uzadıldı



Bu gün evlərə verilən istilik bitir: Vaxt uzadılacaq?
Əhalinin DİQQƏTİNƏ: Bu gündən dayandırılır
Bu ərazilərdə istiliyin verilməsinə başlanıldı
İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
İstilik mövsümünün müddəti uzadıldı
Bakıda bu ərazilərə niyə istilik verilmir?
İstilik sistemləri ilə bağlı YENİLİK
Bakı şəhərində istilik mövsümünə start verildi
Əhaliyə ŞAD XƏBƏR: İstiliklə bağlı...
Evlərə istilik niyə verilmir? - RƏSMİ AÇIQLAMA
İstilik mövsümünə tez başlanıla bilər - TAPŞIRIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 