Bu gündən Azərbaycanda fəaliyyəti bərpa olunan iş və xidmət sahələri açıqlanıb.
ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.
Qərara əsasən, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Beləliklə, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunub:
● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı.
Qeyd edək ki, bu gündən həmçinin ASAN Xidmət mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb.



Sabahdan bu iş yerləri açılır — SİYAHI
Azərbaycanda karantin rejimi yumşaldılır: Bu sahələrdə fəaliyyətlər bərpa olundu
Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI
Bu tarixdən geyim və ayaqqabı satışı bərpa edilir
Bu gündən mollar və ticarət mərkəzləri açılır
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi SƏRTLƏŞDİRİLDİ - Yeni QADAĞALAR QÜVVƏYƏ MİNDİ
Təhsillə bağlı valideynlərə ŞAD XƏBƏR: Bu tarixdən...
Həftə sonları ancaq bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
SON DƏQİQƏ: Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu
Ölkədə sabahdan bu iş yerləri açılır — SİYAHI
Kitablar ƏDV-dən azad olunur - YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 