Prezident İlham Əliyev mart ayında yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda bildirilirdi ki, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən ediləcək.
Artıq aprel ayının sonu çatsa da, tibb işçiləri hələ də sözügedən əlavə ödəməni almayıblar. Bu barədə medicina.az saytına bir neçə tibb müəssisəsindən müraciət edən tibb işçiləri məlumat veriblər.
Şikayətlərin çoxluğunu və tibb işçilərinin narahatlığını nəzərə alıb məsələyə aydınlıq gətirməyə çalışdıq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Medicina.az-a bildirdi ki, sərəncamda nəzərdə tutulmuş əlavə ödənişlərin verilməsi prosesinə hələ başlanılmayıb:
“Bildiyiniz kimi, əlavə ödənişlər bütün tibb işçilərinə deyil, acaq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərə şamil edilib. Buna görə də tibb müəssisələrinə məlumat vermişik ki, həmin tibb işçilərinin siyahısı hazırlansın və bizə göndərilsin. Siyahılar bizim əlimizdə tam hazır olandan sonra hesablamalar aparılacaq və ödənişlər ediləcək.
Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Hələ ki, həmin siyahlar bizə tam göndərilməyib, ona görə də ödənişlərin verilməsi yubanır. Ehtimal ki, may ayında həmin tibb işçiləri həm mart, həm də aprel ayı üçün nəzərdə tutulmuş ödəmələri ala biləcəklər”.
A.Əhmədova onu da vurğulayb ki, ödəmələr verilməyə başlayanda ictimaiyyətə ətraflı məlumat veriləcək.



Bu şəxslərə BEŞQAT MAAŞ VERİLƏCƏK - SƏRƏNCAM
Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? - AÇIQLAMA
“Adınız siyahıda yoxdursa...” – Dövlət qurumundan həkimlərə müraciət
Həkimlərə ŞAD XƏBƏR
Koronaya görə həkimlərə nə qədər ödəniş edildi?
Tibb işçilərinə ŞAD XƏBƏR! - Ödəmələr BAŞLADI
Azərbaycanda bu şəxslərə əlavə ödəniş edildi - RƏSMİ
Bu tibb işçilərinə maaşlarla bağlı ŞAD XƏBƏR
Bu şəxslər yanvaradək əlavə maaş alacaqlar
Əli Əsədov qərar imzaladı - Sentyabrın 1-dək uzadıldı
Bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 