Azərbaycan Prezidentinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Agentlikdən bildirilib ki, ödəniş alanlardan 9 015-i tibb işçisi, 2 692-si qeyri-tibb işçisidir.
Məlumata görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
1. Tibbi profilaktik tədbirləri həyata keçirən 3 124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.9 milyon manat ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/aylıq iş günlərinin sayı/iş saatlarının cəmi) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Poliklinikada çalışan həkim terapevtin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli, 216 manat 35 qəpik müddətli əlavə almalıdır. 216.35 = ((375 / 26) x 5) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əmək haqqına dair bütün tutulmalar hesablanacaq”.
2. Təcili tibbi yardım xidməti göstərən 3 837 tibb işçisinə və həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.3 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 576 manat 92 qəpik müddətli əlavə almalıdır. 576.92 = ((375 / 156) x 60) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.6 milyon manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əmək haqqına dair bütün tutulmalar hesablanacaq”.
Onu da qeyd edək ki, 2 692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir.
Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 184 manat 77 qəpik müddətli əlavə almalıdır. 184.77 = ((271 / 22) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əmək haqqına dair bütün tutulmalar hesablanacaq.
Dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Xatırladaq ki, mart ayı üzrə agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 634 tibb işçisinə, 2 386 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib



Azərbaycanda bu şəxslərə əlavə ödəniş edildi - RƏSMİ
Tibb işçilərinə ŞAD XƏBƏR! - Ödəmələr BAŞLADI
Həkimlərə ŞAD XƏBƏR
Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? - AÇIQLAMA
Bu şəxslərə BEŞQAT MAAŞ VERİLƏCƏK - SƏRƏNCAM
Prezidentin həkimlərə ayırdığı vəsait niyə verilmir? - RƏSMİ AÇIQLAMA
Baş nazirdən bu şəxslərin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Baş nazirdən bu şəxslərlə bağlı MÜHÜM QƏRAR
“Adınız siyahıda yoxdursa...” – Dövlət qurumundan həkimlərə müraciət
Bu şəxslər yanvaradək əlavə maaş alacaqlar
Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı - DAHA 3 AY
Bu tibb işçilərinə maaşlarla bağlı ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 