İki və daha çox daşınmaz əmlakı olan 20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN maedia -ya verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub. Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.
Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir. Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb. Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək.20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib - NİYƏ?



Daha 19,6 min şəxsə 190 manat verilmədi — RƏSMİ
Bu şəxslərə 190 manat verilməsindən imtina edildi
Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
Daha 50 min şəxsə birdəfəlik ödəniş edildi
Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
Daha 30 min nəfərə sevindirici xəbər
190 manat hansı yaşda insanlara verilib?
Əhaliyə 190 manatın verilməsi başa çatdı
Şəhid ailələrinə şad xəbər
Bu günədək neçə nəfər 190 manat alıb? - Rəsmi
3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinə şad xəbər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 