Koronavirus pandemiyası dünyanı əsarəti altına alandan sonra gündəmə gələn suallardan biri də niyə ölümcül virusların Çində peyda olması haqdadır. SARS, quş qripi, indi də COVİD-19.
İsveçrənin “Zürcher Zeitung” nəşri bu sualı araşdırıb.
Nəşr yazır ki, bunun başlıca səbəbi təbiidir: “Çində əhali çoxdur və insanlar sıx halda yaşayır. Bununla yanaşı. Çinin böyük hissəsi dağlıq və təpəlikdir. Kənd təsərrüfatı üçün yararlı torpaq azdır, buna görə də əhalinin qida rasionunu müxtəlif heyvanlar təşkil edir. Bunların əsas hisəsini toyuqlar və digər quşlar təşkil edir. Burada maraqlı səbəblərdən biri Çində toyuqların saxlanılma şəraitidir. Toyuqları əsasən sənaye təsərrüfatlarında böyüdürlər, yəni bağlı yerlərdə, eləcə də ördəkləri kütləvi şəkildə yetişdirirlər. Halbuki, bu quşların təbiətdə böyüməsi, açıq havada olması lazımdır. Qapalı yerdə qalan quşlar potensial virus daşıyıcıları və ötürücüləridir”.
Nəşr qeyd edir ki, virusun heyvandan insana ötürülməsinin iki yolu var: “Birincisi, istehsalda, yəni fermalarda, yaxud kənd təsərrüfatı müəssisələrində insanlara keçir, ikincisi, bazarlarda. Çində adətən quşları və heyvanları bazarlarda canlı olaraq satırlar. Burada əsas səbəblərdən biri Çin xalqının xüsusiyyətidir. Çinlilər alacaqları heyvanı canlı görmək istəyir, əmin olmaq istəyir ki, heyvan daha əvvəl hansısa xəstəlikdən ölməyib. Bununla yanaşı, vəhşi heyvanların da satışı təşkil olunur. Araşdırmalar göstərir ki, epidemiyaların Çində başlamasının əsas səbəbi yerli kulinariyadır”, - məqalədə bildirilir.



Koronavirus Bakıya gələ bilərmi?
Çində daha bir qorxulu virus yayılmağa başladı
Türkiyədəki zəlzələdə niyə ölən çoxdur?
Koronavirus yayan müdhiş bazar: müşk pişiyi, tülkü, ilan, siçan... – Şok görüntülər
Çində bəla geri döndü?
Ən ölümcül viruslar niyə yarasalardan keçir?
Koronavirus “Apple” şirkətinə ziyan vurdu
Korona Çində yayılmayıb - ÜST-dən ŞOK
Koronavirusla bağlı İNANILMAZ QADAĞA
Dünyanı dəhşətə gətirən virus bu ölkədə də çıxdı
Koronavirusla bağlı ŞOK ARAŞDIRMA: Hər şey ÜZƏ ÇIXDI
Çində vəziyyət yenə pisləşir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 