Dünyada milyonlarla insana yoluxan, yüz minlərlə insanın ölümünə səbəb olan, bütün həyatı alt-üst edən koronavirus pandemiyasının bioloji silah, yoxsa təbii yolla yayılmış virus olması haqda müxtəlif fərziyyələr irəli sürülür. ONN media xəbər verir ki, Türkiyənin Tibb Elmləri Universitetinin (GATA) KBRN (Kimyəvi, bioloji, radioaktiv, nüvə) bölməsinin rəhbəri Levent Kenar bu suallara aydınlıq gətirib. Türkiyəli alim koronavirusun bioloji silah olması ehtimalını istisna etmir. “Bununla bağlı hələ də mübahisələr davam edir. Bioloji silahın xüsusi məqsədi olur: insanları qəsdli şəkildə öldürmək, xaos yaratmaq, sosial həyatı pozmaq, qorxu yaymaq və s. Hətta bəzən hansısa irqə yönələn bioloji silahlar istehsal edilə bilər. Amma koronavirusun bioloji silah olub-olmadığını demək çətindir. Belə demək mümkünsə, 50 faiz bioloji silah olduğunu, 50 faiz olmadığını deyə bilərik. Hər şeydən əvvəl bu virusu insanlara yoluxdurmaq üçün vasitə lazımdır. Məsələn, yarasalardan keçdiyi deyilir. SARS da pişiklərdən keçmişdi. Amma bəzi açıq suallar var, bunlardan biri də, yarasa bu virusa təbii yolla yoluxub, yoxsa laboratoriyada hazırlanaraq bədəninə yeridilib? Tibb dünyası bunun bioloji silah olmadığını, təbii yolla yayılmış virus olduğunu deyir, digər tərəfdə isə bioloji silah olması ilə bağlı fikirlər var”, - o bildirib. L.Kenar qeyd edib ki, bu virus laboratoriyada istehsal edilibsə, çox uğurlu alınıb: “Dünyanı yaxşı qorxuda bildilər. Bütün dünya iqtisadiyyatı məhv oldu, 4 trilyon dollarlıq itki var. Bu virus bir təşkilat, yaxud ölkə tərəfindən istehsal olunubsa, texnologiyası və elmi çox yüksək olanlar tərəfindən edilib. Təsəvvür edin, hava şəraitinin virusa təsiri olmur və hiss olunmadan yayılır. Xəstələrin 20-25 faizi bilmədən bu simptomları daşıyır. Virus Çindəki hava şəraitində yaşaya bildiyi kimi, Ekvadordakı istilərdə də yaşaya bilir, yaxud soyuq İslandiyada da. Buna görə də virusun bioloji silah olması ehtimalı böyükdür. Dünyada bioloji müharibə olsaydı, onun təsirləri məhz belə olardı”. Türkiyəli alim hesab edir ki, bundan sonra ölkələr müharibə strategiyasını dəyişdirəcək. “Ölkələr bioloji silahın mövcudluğundan xəbərdar idilər, amma bir virusun bu qədər təsirli ola biləcəyini bilmirdilər. Təəssüf ki, nəticələri çox ağır olan bir təlim keçirildi deyə bilərik. Bu təlimlə bioloji silahın varlığı bilinmiş oldu. Bioloji silahın istehsalı çox asandır, amma ondan qorunmaq çox çətindir. Misal üçün, hansısa öldürücü silahı 2 min dollara istehsal etmək olar, amma öldürücü virus 1 dollara başa gəlir”, - L.Kenar vurğulayıb.
Koronavirus bioloji silahdırmı? – Pandemiyanın yayılması haqda DETALLAR



ABŞ Ukraynada bioloji silahlar hazırlayır?
Ukraynada bioloji silah yoxdur, Rusiya yalan deyir!
Bu barədə danışmağa qorxurlar... - Koronavirus haqqında ŞOK İDDİA
Karantin müddəti koronavirus ölümcül olduğu üçün deyil - AÇIQLAMA
Bu ölkə Veneraya missiya göndərir
Ermənistanda bioloji silahın sınağı aparılır?
BAŞ İNFEKSİONİST koronavirusun əsas “məqsədi”ni AÇIQLADI: “Yer üzü çoxdan tamamilə boşalar və…”
Almaniyada bioloji hücumun qarşısı alınıb
2021-ci ildə insanlar zombiyə çevriləcək və … – Nostradamusdan PROQNOZ
Bunlar insanı qocaldır
Sabah milli parklarda "açıq qapı" günü keçiriləcək
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 