Hindistan pandemiya ilə əlaqədar elan olunmuş karantin rejimini mayın 17-dək uzadıb. ONN media xəbər verir ki, ökənin Daxili İşlər Nazirliyi martın 25-dən tətbiq olunan karantin rejiminin ən azı daha 2 həftə davam edəcəyini bəyan edib. Karantin rejiminə uyğun olaraq bütün ölkə boyu bəzi qadağalar, o cümlədən hava və dəmir yolu nəqliyyatının, metronun, məktəb, kollec və digər təlim-tədris mərkəzlərinin, mehmanxanaların, kinoteatrların, ticarət mərkəzlərinin, idman zallarının fəaliyyətinə olan qadağalar qüvvədə olacaq. Bundan başqa, bütün siyasi və mədəni tədbirlərin, dini mərasimlərin təşkilinə olan qadağa da davam edəcək. Hökumət virusun yayılma vəziyyətini nəzərə alaraq yaşayış massivlərini rəmzi zonalara bölüb. “Qırmızı” virusun ən çox yayıldığı, “Narıncı” orta, “Yaşıl” isə ən az yayılmış zonadır. “Yaşıl” və “Narıncı” zonalarda karantin rejimində müəyyən yumşalmalar tətbiq olunacaq. Qeyd edək ki, ötən sutka ərzində Hindistanda virusa 2487 yoluxma və 87 ölüm faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 40 min 263 nəfərə, ölənlərin sayı isə 1306-ya çatıb.
Bu ölkə karantin rejimini mayın 17-dək uzatdı



Bu ölkədə sərt karantin rejimi ləğv edilir
Hansı qadağalar hələ də qüvvədədir?
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
Xüsusi karantin rejimi sərtləşə bilər- Rəsmi
Azərbaycanda bütün qadağalar bu tarixdə yekunlaşacaq – Əhaliyə ŞAD XƏBƏR
Fransada sərt karantin rejimi tətbiq edildi
Bu ərazilərdə karantin postları ləğv edildi
SON DƏQİQƏ: SMS icazə ləğv edildi - Karantin rejimi yumşaldılır
Qonşu ölkənin bütün ərazisində karantin elan edildi - SON DƏQİQƏ
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi UZADILDI
Ermənistan karantin rejimini bu vaxta qədər uzadır
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 