Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanılara yardım edilib. AKDC-nin sədri Orxan Həsənoğlunun ONN media -ya verdiyi məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunub. Bu səbəbdən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti öz ailə üzvləri ilə Kiprdə yaşayan və iş yerlərini itirən, müvəqqəti maddi çətinlik çəkən soydaşlarımızın və adada təhsil alan ehtiyac içində qalan tələbələrimizin sayını araşdıraraq, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb. Müraciətə operativ cavab verən komitə rəhbərliyi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə həyata keçirdiyi yardımların davam etdirilməsi üçün maddi yardım göndərib. Nəticədə bu günə qədər Şimali Kiprdə ehtiyacı olan 20-dən çox soydaşımız yataqxana ilə təmin edilib. Universitetlərdə təhsil alan ehtiyac içərisində olan 60 tələbəmizə, həmçinin ailədə ən azı 1 övladı olan 42 azərbaycanlı ailəyə ərzaq və maddi yardım göstərilib. Orxan Həsənoğlu deyib: “Bu günə qədər Azərbaycan cəmiyyəti olaraq Şimali Kiprdə yaşayan soydaşlarımızın daim yanında olmuşuq. Bu çətin günlərdə də onları dəstəkləməyə çalışırıq. Soydaşlarımızın bəzilərini evində ziyarət edir, ehtiyaclarını qarşılayır və problemlərini dinləyib kömək edirik. Vətəndaşlarımız bütün ölkələrdə olduğu kimi Şimali Kiprdəki soydaşlarımıza göstərilən diqqət və qayğıya görə, dövlətimizdən sonsuz razılıqlarını ifadə edir, Prezident İlham Əliyevə səmimi minnətdarlıq ünvanlayırlar”.
Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımıza yardım göstərildi



Şimali Kiprdə Azərbaycan Evi açılacaq
Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır!
Şimali Kipri 5 ölkə tanıyacaq: Azərbaycan da var!
SON DƏQİQƏ: Ərdoğan Azərbaycanla bağlı MÜJDƏ VERƏCƏK
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə tədbir keçirib
Fərid Şahbazlı Şimali Kipr televiziyalarında Azərbaycandan danışdı
Şimali Kiprin “Güneş TV” kanalı Milli Qurtuluş Gününə proqram həsr edib
Ersin Tatar İlham Əliyevə ZƏNG ETDİ
Şimali Kiprdə sabiq baş nazir PREZİDENT SEÇİLDİ
Rusiya Şimali Kipri tanısa... - Türk professordan ŞOK
Türkiyə bu ölkədə hərbi baza YARADACAQ
Pakistan Şimali Kipr Türk Cümhuriyyətini TANIYA BİLƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 