Şimali Kipr Türk Cumhuriyəti Parlamentinin sədri Təbərrükə Uluçay Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və cəmiyyətin üzvlərini Məclis Şərəf salonunda qəbul edib. ONN media xəbər verir ki, görüşdə əvvəlcə çıxış edən cəmiyyət sədri bildirib ki: “Azərbaycan müstəqillik əldə etdiyi 1990-cı illərdən etibarən iki qardaş xalq arasında münasibətlər formalaşmağa başlamışdır. Bu gün artıq Şimali Kiprdə 300-ə yaxın azərbaycanlı tələbə ali təhsil almaqdadır. Eyni zamanda ali təhsil ocaqlarında 40-a yaxın azərbaycanlı professor-müəllim heyəti çalışmaqdadır. Onlar Şimali Kipr Türk Respublikasının ictimai-elmi mühitində olduqca faydalı fəaliyyətlər sərgiləməkdədirlər. Şimali Kiprdə 100-dən çox azərbaycanlı ailə yaşayır. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Azərbaycan dövlətinin qayğısını daim hiss edir. Xüsusi ilə Covid-19 pandemiyasının yaşandığı bu çətin günlərdə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin dəstəyi ilə yardıma ehtiyacı olan ailələrə maddi-mənəvi dəstək gösdərilib. Onların məişət problemləri ilə yaxından maraqlanıb, həllinə nail olunub. Cəmiyyət olaraq daima yerli dövlət qurumlarından qayğı və dəstək görmüşük. Məqsədimiz xalqlarımız arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini geridə qoyduğunu, uzun illərdir bütün bölgəni təhdid edən problemi Azərbaycan prezidenti cənab İlham Əliyevin və xalqın iradəsi ilə çözüldüyünü sevinc hissi ilə ifadə edirik”. Parlament sədri Təbərrükən Uluçay Orxan Həsənoğluna, Azərbaycan tarixində çox önəmli günlərin yaşandığı bir zamanda ölkə parlamentinə etdikləri bu anlamlı ziyarət məqsədi ilə təşəkkür edib. Uzun illərdir Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin iki qardaş xalq arasında əlaqələrin gücləndirilməsində faydalı olduğunu ifadə edib. Təbərrükə Uluçay xüsusi olaraq vurğulayıb ki: “Mən bir neçə dəfə Azərbaycana rəsmi səfər etmişəm. Türk Ölkələrinin parlament rəhbərləri ilə Bakı şəhərində müxtəlif tədbirlərdə olmuşam. Azərbaycan olduqca gözəl bir ölkədir. Xalqlarımız arasında milli-mənəvi bağlar mövcuddur. Sizin Şimali Kiprdə həyata keçirdiyiniz fəaliyyətlər bu bağları daha da gücləndirir. Biz Sizin adada olmağınızdan mənunluq hissi keçiririk. Azərbaycana səfərim zamanı bir daha şahidi oldum ki, bizim ortaq dəyərlərimiz çoxdur. Biz orada çox isti münasibət ilə qarşılaşdıq. Azərbaycan Respublikası Milli Məclis sədri ilə təmaslarımız mövcuddur. Yaxın gələcəkdə bu münasibətləri inkişaf etdirməkdə maraqlıyıq. Dağlıq Qarabağda yaşanan bütün hadisələri yaxından izlədik. Azərbaycanın verdiyi haqlı mücadiləni dəstəkləyirik. İşğaldan azad edilən torpaqlara görə sevinc hissi yaşayırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır. İki ölkə arasında mədəniyyət, sənət, elmi, iqtisadiyyat və zaman-zamanda idman sahəsində münasibətləri inkişaf etdirmək istəyirik”, Yaxın gələcəkdə Azərbaycanda Şimali Kipr Türk Cumhuriyəti ilə bağlı tədbirlər planladıqlarını dilə gətirən Orxan Həsənoğlu bu tədbirlərdə parlamentdə təmsil olunan siyasi partiya rəhbərlərini və eyni zamanda cənab Təbərrükən Uluçayı da görmək arzusunda olduqlarını dilə gətirib. Parlament sədri bütün projelərdə sevə-sevə yer alabiləcəkərini diqqətə çatdırıb. 2021-ci ildə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin hər iki ölkədə həyata keçirmək istədiyi tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır!



Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımıza yardım göstərildi
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə tədbir keçirib
Fərid Şahbazlı Şimali Kipr televiziyalarında Azərbaycandan danışdı
SON DƏQİQƏ: Ərdoğan Azərbaycanla bağlı MÜJDƏ VERƏCƏK
Pakistan Şimali Kipr Türk Cümhuriyyətini TANIYA BİLƏR
Şimali Kiprdə Azərbaycan Evi açılacaq
Ersin Tatar İlham Əliyevə ZƏNG ETDİ
Şimali Kipri 5 ölkə tanıyacaq: Azərbaycan da var!
Ərsin Tatar Azərbaycana gəlir
Rusiya Şimali Kipri tanısa... - Türk professordan ŞOK
Ərsin Tatar İlham Əliyevə zəng etdi
Yunanlara böyük XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 