Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.
Mərkəzdən bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.
| İmtahanın adı | Tarix | |
| 1. | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona, Peşə liseylərinin buraxılış imtahanı | 3 mart |
| 2. | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona, Peşə liseylərinin buraxılış imtahanı | 10 mart |
| 3. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona | 17 mart |
| 4. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona | 7 aprel |
| 5. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona | 21 aprel |
| 6. | Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd | 12 may |
| 7. | Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd | 30 iyun |
Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.



DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
Bu mövzular imtahana salınmayacaq
Bu gün 8 124 şagird imtahandan keçir
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
Qəbul imtahanının modeli çap olunacaq
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Buraxılış imtahanlarının proqramları açıqlandı
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Məzunların DİQQƏTİNƏ- İyunun 2-də...
Buraxılış imtahanı ilə bağlı YENİLİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 