Birdəfəlik ödəmə proqramı hazırkı şəraitdə sosial dəstək tədbirlərindən yalnız biri idi. ONN media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib. O qeyd edib ki, müvafiq meyarlara uyğun olmadıqlarına görə imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil: "Onların rifahına dəstək olacaq tədbirlərə cəlb edilməsi üçün imkanlar genişdir. Belə şəxslər istədikləri halda ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilə bilər. Və təbii ki, öz istəkləri əsasında... Lakin nələri müşahidə etdik? Təkcə son 3 gündə imtina mesajı ilə bağlı bizə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşımıza dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif etdik. Lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirdi. Qalanı isə işləməkdən imtina etdi, hətta bu təklifə əhəmiyyət belə vermədilər. Maraqlıdır: işsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?! Bunun səbəbini iki amillə bağlamaq olar: Ya həmin insanlar işsiz olduqlarını desələr də əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər. Bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq".
190 manat ala bilməyənlərlə bağlı Nazirlikdən AÇIQLAMA



190 manatla bağlı vacib xəbər
Daha 2 min nəfər ödənişli ictimai işlərə cəlb olundu
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Bu şəxslərə 190 manat verilməsindən imtina edildi
Daha bir 190 manat qalmaqalına RƏSMİ REAKSİYA
190 manat bu şəxslərə veriləcək – RƏSMİ
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
10 min nəfərə 190 manat ödənildi
İşsizlərə hansı ictimai işlər təklif olunur?
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Bəzi şəxslərin 190 manat ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 